Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda bütün Qafqazı əhatə edəcək telekanal açılacaq”

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda bütün Qafqazı əhatə edəcək telekanal açılacaq”
# 21 oktyabr 2008 13:27 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, daha çox informasiyaya və analitik verilişlərə üstünlük verəcək yeni telekanalın açılması yaxın gələcəkdə mümkün ola bilər: “Belə bir telekanalın açılması böyük vəsait tələb edir. Ona görə də telekanalın dəqiq açılma vaxtını demək hələlik mümkün deyil”.

N. Məhərrəmli onu da deyib ki, yaxın günlərdə Yevlaxda (Yevlax TV) və Şəkidə (SE TV) yeni regional kanallar fəaliyyətə başlayacaq: “Bundan sonra digər bölgələrdə də yeni kanalların açılması məsələsinə baxılacaq. Parlament seçkilərinə qədər bütün əsas regionların hamısında regional televiziyalar fəaliyyət göstərəcək. Hazırda isə Azərbaycanda 14 regional kanal fəaliyyət göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR