Bank Of Baku

Milli Teleradio Şurasının regional kanallara verilən lisenziyanın məbləğinin azaldılması ilə bağlı təklifləri həllini tapmayıb

Milli Teleradio Şurasının regional kanallara verilən lisenziyanın məbləğinin azaldılması ilə bağlı təklifləri həllini tapmayıb
# 22 oktyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Milli Televiziya və Radio Şurasının planlarına Azərbaycanda yeni mədəniyyət kanalının açılması da daxildir. Ancaq yeni telekanalın açılması o qədər də asan məsələ deyil”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bildirib ki, mədəniyyət kanalın açılacağı vaxt hələlik dəqiqləşməyib: “Bu, çox böyük maliyyə vəsaiti tələb edir. Ona görə də mədəniyyət kanalının açılmasına dövlət dəstəyi lazımdır”.

Regional kanallara verilən lisenziyanın məbləğinin azaldılması ilə bağlı MTRŞ-nin təklifləri isə hələlik həllini tapmayıb: “Hazırda həm paytaxtda, həm regionlarda fəaliyyət göstərən kanallar, həm də kabel televiziyaları lisenziya almaq üçün 11 min manat ödəyir. Bu düzgün deyil. Tovuzda və ya Mingəçevirdə fəaliyyət göstərən kanalla paytaxtda fəaliyyət göstərən televiziya eyni məbləğdə lisenziya haqqı ödəməməlidir. Hökumət bu məsələyə diqqət yetirməlidir”.

Qeyd edək ki, MTRŞ bütün ölkə ərazisində yayımlanan kanallar üçün 20 min, regional kanallar üçün isə 3-5 min manat həcmində lisenziya məbləği təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR