Bank Of Baku

Naxçıvanda “İlin qəzeti” və “İlin jurnalisti” müsabiqələri keçiriləcək

Naxçıvanda “İlin qəzeti” və “İlin jurnalisti” müsabiqələri keçiriləcək
# 24 oktyabr 2008 12:29 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Bu il Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq «İlin qəzeti» və «İlin jurnalisti» müsabiqələri keçiriləcək. Naxçıvan MR Mətbuat Şurasının sədri Fərəc Fərəcovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, müsabiqələrin təşkilində məqsəd fəaliyyəti ilə seçilən qəzeti və jurnalistləri müəyyənləşdirməkdir. Şura sədri onu da əlavə edib ki, müsabiqələr çərçivəsində regionun mətbu orqanlarının illik fəaliyyəti təhlil ediləcək, «İlin jurnalisti» peşəkar jurnalist yazılarının müəllifləri arasından seçiləcək. Nəticələr dekabrın sonlarında açıqlanacaq.
Qeyd edək ki, hazırda Naxçıvan MR-də 9 mətbuat orqanı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR