Bank Of Baku

Lənkəranda yerli mətbuatın inkişafı ilə bağlı layihənin təqdimatı olub

Lənkəranda yerli mətbuatın inkişafı ilə bağlı layihənin təqdimatı olub
# 27 oktyabr 2008 08:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda Media və Mülki Cəmiyyət İctimai Birliyi (MMC İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cənub bölgəsində mətbuatın inkişafına yardım layihəsi”nin təqdimatını keçirib. APA-nın Cənub bürosunun xəbərinə görə, tədbirə Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon icra hakimiyyəti nümayəndələri, rayonlarda çıxan qəzetlərin redaktorları, respublikanın aparıcı agentlik, qəzet və televiziyalarının bölgədəki əməkdaşları qatılıb. MMC İB-nin sədri, layihənin koordinatoru Xanoğlan Əhmədov bildirib ki, layihə Cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməklə, jurnalistlərin peşəkarlığının artırılmasına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə təkan verəcək. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, Masallıda çıxan “Yeni həyat” qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR