Bank Of Baku

Tehranda Mətbuat və Xəbər Agentliklərinin 15-ci beynəlxalq sərgisi keçiriləcək

Tehranda Mətbuat və Xəbər Agentliklərinin 15-ci beynəlxalq sərgisi keçiriləcək
# 27 oktyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Noyabrın 16-dan 22-nə kimi Tehranda Mətbuat və Xəbər Agentliklərinin 15-ci beynəlxalq sərgisi keçiriləcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin təşkilatçısı İranın Mədəniyyət və İslam Maarifləndirilməsi Nazirliyidir. Sərgi çərçivəsində bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi, xarici işlər, iqtisadiyyat və maliyyə, mədəniyyət və islam maarifləndirilməsi nazirlərindən müsahibə almaq imkanları da yaradılacaq. Sərgidə iştirak edən jurnalistlər üçün ekskursiyalar nəzərdə tutulub. Onlar «İRANXODRO» sənaye kompleksi, Royan və ya Razi tədqiqat kompleksi, yüksək tirajlı qəzetlərdən biri, Radio və Televiziya Təşkilatı və s. yerlərlə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR