Bank Of Baku

Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Şeyxə müraciət etməyib

Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Şeyxə müraciət etməyib
# 27 oktyabr 2008 15:18 (UTC +04:00)
Bakı-APA. “Mətbuat Şurası həbsdəki jurnalistlərin azadlığa çıxmaları ilə bağlı məsələni daim diqqətdə saxlayır. Bu məsələ ilə bağlı Şura dəfələrlə ölkə başçısına müraciət ünvanlayıb. Səylərimiz nəticəsiz qalmayıb. Biz həbsdəki sonuncu jurnalist azad olunub, evinə, doğmalarının yanına dönənə qədər bu işi davam etdirməkdə maraqlı və israrlıyıq. Yaxın günlərdə həbsdəki jurnalistlərlə bağlı prezidentə Mətbuat Şurası adından müraciət etməyə hazırlaşırıq”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, yeni əfv fərmanına jurnalistlərin də adlarının daxil ediləcəyinə ümidvardır: “ Belə bir akt ölkədə media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərərdi”.
Ə. Amaşov onu da vurğulayıb ki, Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlamayıb: “Şura indiyədək bu məsələ ilə bağlı prezident və Əfv Komissiyası istisna olmaqla heç kəsə müraciət ünvanlamayıb. Amma Şeyxin həbsdəki vətəndaşlar, o cümlədən jurnalistlərin azadlığa çıxmaları ilə bağlı ardıcıl fəaliyyəti göz qabağındadır və dəyərləndirilməlidir. Buna görə ona minnətdarlığımızı bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR