Bank Of Baku

Azərbaycanda yeni radionun açılması üçün keçirilən müsabiqənin qalibi elan olunub

Azərbaycanda yeni radionun açılması üçün keçirilən müsabiqənin qalibi elan olunub
# 28 oktyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqənin qalibini müəyyənləşdirib. Qalib MTRŞ-nin bu gün keçirilən iclasında müəyyənləşib. MTRŞ-dən APA-ya bildirib ki, digər iddiaçılara nisbətdə yaradıcılıq və texniki imkanları nəzərə alınaraq, “Digital Media” MMC (Media FM) Şuranın qərarına əsasən müsabiqənin qalibi elan olunub.

Qeyd edək ki, qalibdən başqa, müsabiqədə daha üç iddiaçı iştirak edib. Bunlar “Mediamaster” MMC (Kapital FM), “Tandem” MMC (Tam FM) və “SN” MMC-dir (Paytaxt FM).

Qeyd edək ki, MTRŞ-nin radio yayım fəaliyyəti ilə əlaqədar sentyabrın 3-də 105.7 MHz tezliyinə elan etdiyi müsabiqə sentyabrın 8-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR