Bank Of Baku

“Rabitə dünyası” qəzeti İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi ilə bağlı xüsusi buraxılış nəşr edib

“Rabitə dünyası” qəzeti İlham  Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi ilə bağlı xüsusi buraxılış nəşr edib
# 30 oktyabr 2008 10:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan “Rabitə dünyası” qəzetinin xüsusi buraxılışı nəşr edilib. APA-nın xəbərinə görə, qəzetin bu nömrəsi İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə çap edilib. Xüsusi buraxılışda ölkə başçısının 2003-2008-ci illər ərzində fəaliyyəti, onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilə layihələr, ölkənin dinamik inkişafına rəvac verən genişmiqyaslı işlər barədə məlumatlar öz əksini tapıb. Eyni zamanda, buraxılışda 2008-2013-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulan perspektivli layihələr, plan və məqsədlər barədə də geniş məlumat verilib. Xüsusi buraxılışda ölkə başçısının diqqəti sayəsində rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən mühüm əhəmiyyətli işlər də geniş işıqlandırılıb. Xüsusi buraxılış Azərbaycan, ingilis, rus dillərində oxucuların ixtiyarına verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR