Yeni radio yanvar ayında yayıma başlayacaq

Yeni radio yanvar ayında yayıma başlayacaq
# 31 oktyabr 2008 10:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105:7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi olan “Media FM” radiosu yeni ildən efirə çıxa bilər. Şura sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən radio 6 ay ərzində efirə çıxmalıdır: “Amma onlar yanvar ayında efirə çıxa bilsələr, çox yaxşı olar”. N. Məhərrəmli yeni radionun universal xarakterli olacağını, həm xəbərlər, həm musiqili-əyləncəli verilişlər, həm tok-şoular yayımlayacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR