Akif Aşırlı: “Bu gün “Şərq” qəzetinin bayram etməyə haqqı var”
- Çox gənc və enerjili hiss edirik. Azərbaycanda çox az sayda qəzet öz dövriliyini və davamlılığını uzun müddət qoruyub saxlaya bilib. Belə qəzetlərdən biri, bəlkə də birincilərdən biri “Şərq” qəzetidir. Bu, bizim fədakarlığımızın və Azərbaycanda azad, müstəqil mətbuatın formalaşması üçün apardığımız mübarizənin nəticəsidir. “Şərq” həmişə olduğu kimi, bu gün də Azərbaycanda milli dəyərlərə ən çox sadiq olan qəzetdir. Qəzetimizin peşəkar kollektivi var və həmişə digər kollektivlərə ancaq peşəkarları təqdim edib. Ad günümüzü redaksiyada qeyd etdik. “Şərq”in 12 illik tarixində onunla yoldaşlıq edən insanların bir qismi bu gün də bizimlə çalışır. Həmişə çalışmışıq ki, peşəkarlıq öndə olsun, yalnız doğru bildiklərimizi yazaq. Mən inanıram ki, bu yolda “Şərq” hələ çox illəri geridə qoyacaq.
- “Şərq”in loqosunda “Ən çox oxunan qəzet” yazılıb. Doğrudanmı ən çox oxunan qəzetsiniz?
- Bu gün “Şərq” onlarla təbrik alıb. Həm yazılı, həm də şifahi şəkildə bizə təbriklərini çatdıran insanlara minnətdarlığımızı bildiririk. Çünki bu gün “Şərq”in ad günü olduğunu əvvəlcədən xəbər verməmişdik. Amma qəzetin loqosunun altında qeyd olunmuş yaranma tarixini əzbər bilən oxucular “Şərq”i təbrik etdilər. Çox istərdik ki, Azərbaycanda müstəqil qəzetlərin sıraları genişlənsin, jurnalistlərin sosial problemləri öz həllini tapsın, sözün bütün mənalarında müstəqil və azad mətbuatın təmsilçiləri olaraq çıxış edək. Həmişə bu iddia ilə çıxış etmişik və hesab edirəm ki, “Şərq” qəzetinin bu gün bayram etməyə haqqı var.
- “Şərq” azsaylı qəzetlərdəndir ki, türkçülüyü özünün prioriteti elan edib.
- İndiyədək bizi hansısa məsələlərdə çox suçlayıblar. Amma bizim suçlanmadığımız yeganə məqam var ki, o da milli mövqe, türkçülük, millətçilik və Azərbaycan dövlətinin qorunması məsələsidir. Bu detallara görə heç vaxt qınanmamışıq. Bu, “Şərq”in ən böyük uğurudur. “Şərq”ə gələn gənc jurnalistlər də məhz bu örnəyi bizdən götürür, bu atmosferdə formalaşır və qələmlərini məhz bu istiqamətdə kökləyə bilirlər.
- Bu illər ərzində dəstək və ya təzyiqlər çoxmu olub?
- Bizi o biri qəzetlərdən ayırmaq düzgün deyil. “Şərq” də sıxıntı və problemlərdən xali olmayıb. Ancaq “Şərq”in ən böyük üstünlüyü ondadır ki, burada demokratik ab-hava var. Hər kəs öz fikrini deyir. Maliyyə vəsaitinin ədalətli bölüşdürülməsinə həmişə diqqət etmişik. Şəxsən mən çalışıram ki, yaradıcı heyətin heç bir üzvünün şəxsi problemini diqqət və qayğıdan kənar qoymayım. Onların sosial problemlərinin həlli istiqamətində əlimdən nə gəlibsə, etmişəm. Əminəm ki, məndən sonra bu qəzeti idarə edən insanlar da bu meyarı öndə tutacaqlar.
- “Şərq”in sadiq oxucuları üçün hansı yeniliklər gözlənilir?
- Rəngli qəzet buraxmaq istəyirik. Yanvar ayında KİV-lərə Dəstək Fondunun yaradılacağına inanıram. Yanvardan sonra yeni yaradıcılıq layihələrimiz var. Şənbə sayımızı 24 səhifə həcmində çıxarmaq fikrindəyik. Cəmiyyət tərəfindən müsbət qarşılanacaq yeni ideyalarımız var. Hesab edirəm ki, Azərbaycan prezidentinin azad sözə yaratdığı imkanlardan “Şərq” də kifayət qədər yararlanmaq imkanı qazanacaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur