Bank Of Baku

ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurası Azərbaycan hökumətindən xarici radiostansiyaların yayımı ilə bağlı planlarına yenidən baxmağı xahiş edir

ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurası Azərbaycan hökumətindən xarici radiostansiyaların yayımı ilə bağlı planlarına yenidən baxmağı xahiş edir
# 01 noyabr 2008 08:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurasının üzvü Stiven Simmons dünən dərc olunmuş «Azərbaycanda KİV-in yayımının məhdudlaşdırılması dair» adlı məruzəsində deyib.

Qeyd edək ki, Yayım Məsələləri üzrə Direktorlar Şurası Amerika kanallarının beynəlxalq yayımına cavabdeh təşkilatdır. Azərbaycan Milli Teleradio Şurasının (MTRŞ) 2009-cu ildən xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı məruzədə S. Simmons qeyd edib ki, MTRŞ bu bəyanatı Yayım Məsələləri üzrə Direktorlar Şurası ilə heç bir məsləhətləşmə aparmadan verib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson isə bildirib ki, onlar rəsmi sənədi hələ görməyiblər. T. Devidson, həmçinin, hesab edir ki, xarici yayımlar müstəqil fikir formalaşması işinə böyük töhfə verib: “2006-cı ilin noyabrında Azərbaycan hökuməti bir sıra kanalların yayımı dayandırmışdı. Radio üçün verilən lisenziya isə kompromis qərar kimi qəbul edilmişdi. Lakin indi radioların da taleyi indi təhlükə altındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR