Bank Of Baku

MTRŞ sədri Gəncədəki regional televiziya kanallarının vəziyyəti ilə maraqlanıb

MTRŞ sədri Gəncədəki regional televiziya kanallarının vəziyyəti ilə maraqlanıb
# 03 noyabr 2008 13:39 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə “İnsan hüquqları söz, fikir və mətbuat azadlıqlarının genişlənməsində regional televiziyaların rolu” mövzusunda seminar keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin də iştirak etdiyi tədbirdə regionlardakı televiziya kanallarının ictimai sahədə apardıqları işlər, bu sahədə mövcud olan bir sıra problemlərlə bağlı müzakirələr aparılıb. Tədbirdən sonra MTRŞ sədri Gəncədə fəaliyyət göstərən “Kəpəz” və “Alternativ” televiziya kanallarında olub onların iş prinsipləri ilə maraqlanıb. N. Məhərrəmli bildirib ki, “Kəpəz” TV-nin problemləri olsa da, maddi-texniki bazası qənaətbəxşdir: "Son 4-5 ay ərzində “Kəpəz” televiziya kanalında böyük irəliləyişlər var. Şəraitlərinin olmamasına baxmayaraq, işçiləri həvəslə çalışır. Mən onlara xüsusən region xəbərlərinə daha çox üstünlük vermələrini tövsiyə edirəm. Ümid edirəm ki, “Kəpəz” TV yaxın zamanlarda regionda ən qabaqçıl televiziya olacaq".
Şura sədri “Alternativ” TV-nin maddi-texniki bazasının zəif olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR