Bank Of Baku

Demokratik Jurnalistlər Liqası oktyabrda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası oktyabrda söz və  mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 04 noyabr 2008 13:05 (UTC +04:00)
Bakı-APA. Demokratik Jurnalistlər Liqası (DJL) ötən ay üçün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
DJL-dən APA-ya verilən məlumata görə, monitorinq nəticəsində oktyabr ayında söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı 23 fakt qeydə alınıb. Qeyd olunub ki, bu müddətdə 1 KİV əməkdaşı mənəvi, 1 KİV əməkdaşı fiziki təzyiqə məruz qalıb, 3 KİV əməkdaşına ölkədə keçirilən prezident seçkisi zamanı seçki prosesini müşahidə etməyə imkan yaradılmayıb. Monitorinqin nəticələrində Mətbuat Şurasının həbsdəki jurnalistlərin əfvi ilə bağlı prezident İlham Əliyevə, “İdeal” qəzeti ilə bağlı Baş Prokurorluğa etdiyi müraciətlər barədə də qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR