Nuşirəvan Məhərrəmli: “Xarici radiostansiyaların Azərbaycanda yayımını gərək 6 il əvvəl dayandıraydıq”
- Bu il dekabr ayının ikinci yarısında Milli Teleradio Şurasının iclası keçiriləcək. Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı son qərar da həmin iclasda çıxarılacaq. Müzakirələr zamanı müxtəlif variantlara baxıla bilər. Xarici radiostansiyaların ölkə ərazisində yayımının daha bir il müddətinə uzadıla biləcəyi də müzakirə mövzusu ola bilər. Ancaq bu, tək məndən asılı olan məsələ deyil. Şuranın digər üzvləri də var. Məsələ müzakirə olunacaq və həllini tapacaq. Məsələ bundadır ki, xarici ölkəyə aid hər hansı televiziya və radio kanalı Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Qanunun xüsusi maddəsi var ki, yalnız Azərbaycan vətəndaşları televiziya, radio qurumlarının sahibi ola bilərlər. Sadəcə, bizim günahımız ondadır ki, 6 il əvvəl etməli olduğumuzu indi edirik. Əslinə baxanda, “Teleradio yayımı haqqında” qanunun tələbi ilə Azərbaycanda xarici ölkəyə aid televiziya, radio qurumları fəaliyyət göstərməməlidir. Biz bu məsələni mərhələli həyata keçirməyin tərəfdarı olmuşuq, elə də etmişik. İndi artıq son mərhələyə gəlib çatmışıq. Bu müddəti 1 il də uzatsaq, yenindən müzakirə obyekti olacaq. Hər dəfə müddəti uzatdıqca, bu məsələ gündəlikdə qalır. Ona görə də bu problemi birdəfəlik həll etsək, daha doğru olardı.
- Radiostansiyaların xarici ölkələrdə yayımına cavabdeh olan ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurası bildirib ki, MTRŞ xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı onlarla heç bir məsləhətləşmə aparmayıb. Bundan başqa, Direktorlar Şurası Azərbaycan hökumətindən planlarına yenidən baxmağı xahiş edib. MTRŞ ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurası ilə bu məsələni müzakirə etməyi düşünürmü?
- Biz bu barədə onlara yalnız məlumat verə bilərik, məsləhətləşməyə isə lüzum yoxdur. Buna baxmayaraq, həmişə qarşı tərəfə bildirmişik ki, bu məsələ müvəqqətidir. Məlumdur ki, bizim qanunvericiliyin öz tələbləri var və bütün prosedurlar ona uyğun həyata keçirilməlidir. Bizi günahlandırırlar ki, niyə bu problemi indi həll edirik. Mən də etiraf edirəm ki, gərək xarici radiostansiyaları 6 il əvvəl, “Televiziya, radio yayımı haqqında” qanun qüvvəyə minəndə bağlayaydıq. Biz güzəşt siyasəti həyata keçiririk, lakin görürsünüz ki, bəziləri bunu qəbul etmirlər. ABŞ Yayım Şurası istədiyi bəyanatı verə bilər, amma biz milli qanunvericiliyə uyğun hərəkət edirik, gördüyümüz işlər də ancaq Azərbaycana aiddir.
- TRT-nin yayımı məsələsi necə olacaq? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin teleradio sahəsində nəzarət edən qurumu arasında ötən il TRT-nin yayımının genişləndirilməsi ilə bağlı müqavilə imzalanıb. Lakin Siz TRT-nin də Azərbaycan ərazisində yayımının dayandırılacağını bildirmisiniz...
- TRT müqavilə əsasında fəaliyyət göstərir. Həmin müqaviləyə uyğun olaraq da biz qarşı tərəflə müzakirələr aparacağıq. Həm də müqaviləyə yenidən baxmaq üçün müəyyən müddət lazımdır. Biz Xarici İşlər Nazirliyinə müraciət edəcəyik ki, bu məsələyə yenidən baxılması üçün müzakirələrə başlasın. Biz qarşı tərəfə deyirik ki, AzTV də Türkiyə milli tezliyində yayımlanarsa, biz bu yayımı davam etdirə bilərik. Hazırda AzTV orada kabel şəbəkəsi vasitəsi ilə yayımlanır. Türkiyə tərəfi bizim təkliflə razılaşmasa, biz də TRT-nin Azərbaycanda yayımını kabel şəbəkəsi vasitəsilə həyata keçirəcəyik.
- TRT-nin 10 illik müddətə Azərbaycan ərazisində yayımlanması barədə razılığın olması doğrudur?
- Bu məsələni çox müzakirə etməyək.
- TRT ictimai kanal olduğundan Türkiyədə AzTV-nin deyil, İTV-nin yayımlanması daha düzgün olmazdımı?
- Gələcəkdə bu məsələlər müzakirə olunacaq. Onda bunu müzakirə etmək olar.
- Hazırda MTRŞ-nın nə qədər tezlik resursu var?
- Müəyyən qədər tezlik var, amma bu o demək deyil ki, bizim tezlik resursumuz kifayət qədərdir. Tezlik resursunun özünün müəyyən qədər limiti var. Bu da çox azdır. Əgər rəqəmsal sistemə keçəriksə, onda bu sahədə işimiz xeyli yüngülləşər.
- MTRŞ kabel televiziyalarına hansı formada nəzarət edir?
- Kabel televiziyaları qanuna uyğun fəaliyyət göstərirlər. Özləri kabelləşdirmə siyasəti aparırlar və hər bir abonent onlarla müqavilə başlayaraq, retranslyasiya etdikləri kanallara baxır. Onların yayımladıqları kanalların siyahısı bizdə var. Təbii ki, bunlar hamısı nəzarət altındadır. Əgər qanunsuz bir şey olsaydı, bilərdik.
- Hazırda Azərbaycanda neçə kabel televiziyası fəaliyyət göstərir?
- Ölkədə 12-yə qədər kabel televiziyası var. Amma onların 4-5-i real fəaliyyət göstərir. İstəyirik ki, kabel televiziyaları Azərbaycanın bütün ərazisini əhatə etsin və keyfiyyətli xidmət göstərsinlər.
- Yeni ildə teleradio sahəsində hansı dəyişikliklər olacaq?
- Azərbaycanın teleradio məkanında mövcud qaydaların dünyadakı sivil qaydalara uyğun olmasını istəyirik. İstəyirik ki, Azərbaycan telekanallarında şou xarakterli yox, keyfiyyətli, maarifçilik və düşündürücü verilişlər üstünlük təşkil etsin.
- MTRŞ-nın dublyaj olunmayan filmlərin efirə verilməməsi ilə bağlı qərarı olsa da, telekanallar buna əməl etmirlər...
- Bu məsələdə telekanallara bu ilin sonuna qədər müəyyən qədər icazələr vermişik. Bəzi verilişlər var ki, dublyaj olunmaya bilər, amma 2009-cu ildən sonra belə hallar aradan qalxacaq. Bu məsələdə maarifçilik xarakterli bəzi verilişlər, yaxud xarici ölkələrin prezidentlərin səfərləri, beynəlxalq ictimai tədbirləri zamanı canlı yayım istisna təşkil edə bilər.
- Telekanallarda aparılan monitorinqlərin nəticələrini qənaətbəxş saymaq olarmı?
- Bütün mərkəzi kanalların monitorinqini aparırıq. Bu monitorinqlər ayrı-ayrı detallar üzərində yox, ümumi prinsiplər üzərində aparılır. Amma kanallarda Şuranın ayrıca iclasında müzakirə olunmasına ehtiyac duyulan ciddi qanun pozuntusu yoxdur. Təbii ki, “Reklam haqqında” və “Sponsor haqqında” qanunun müəyyən maddələri ara-sıra pozulur. Bu barədə biz kanallara deyirik, onlar səhvlərini düzəldirlər, amma bir müddətdən sonra yenidən başlayırlar.
- Azərbaycan məkanında şou verilişlərin çoxluğuna münasibətiniz necədir?
- Təbii ki, şou xarakterli verilişlərin az olmasını istəyirik. Amma dünyada şou-biznes teleradio məkanına bir bəla kimi daxil olub. Bütün özəl kanallar gəlir əldə etmək üçün şou verilişlərinə üstünlük verir. Onlar maarifçilik xarakterli verilişlər verəndə reklam əldə edə bilmirlər. Bunun da səbəbini insanlar həmin kanalda yox, özlərində axtarmalıdırlar. Bizim dövlət büdcəsindən maliyyələşən kanallarda şou yoxdur, amma bu kanallara baxanların sayının şou kanallara baxanların sayından az olduğunu etiraf etməliyik. Ancaq MTRŞ telekanalların yaradıcılıq işlərinə müdaxilə etmir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur