Sankt-Peterburqda öz həmyerlilərini güllələyən iki azərbaycanlının məhkəməsi başlayacaq

Sankt-Peterburqda öz həmyerlilərini güllələyən iki azərbaycanlının məhkəməsi başlayacaq
# 05 noyabr 2008 15:56 (UTC +04:00)
Sankt-Peterburq – APA. Rusiya Baş Prokurorluğunun Sankt-Peterburq şəhəri üzrə İstintaq İdarəsi iki Azərbaycan vətəndaşı haqqında istintaqı başa çatdırıb. APA-nın məlumatına görə, 24 yaşlı Tural Mübariz oğlu Məmmədov və 22 yaşlı Həmid Ağamalı oğlu Abbasov ölümə sui-qəsd və odlu silah saxlamaqda ittiham olunurlar. Müəyyən edilib ki, hər iki şəxs cinayət əlaqəsinə girərək 26 yaşlı həmyerlilərini – Əliyev soyadlı azərbaycanlını öldürmək qərarına gəliblər. Onlar qətlin planını hazırlayıblar və rolları bölüşdürüblər. Sui-qəsd bu il martın 10-da gecə Əliyevin kirayədə qaldığı mənzilin qarşısında həyata keçirilib. T. Məmmədov Əliyevin diqqətini yayındırıb, H. Abbasov isə onun sinəsinə TT markalı tapançadan atəş açıb. Buna baxmayaraq, Əlyevin həyatını xilas etmək mümkün olub. Qonşular köməyə yetişərək onu xəstəxanaya çatdırıblar.

Cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR