Bank Of Baku

“Media FM”-in direktoru: “Radioda sosial-siyasi yönümlü verilişlər üstünlük təşkil edəcək”

“Media FM”-in direktoru: “Radioda sosial-siyasi yönümlü verilişlər üstünlük təşkil edəcək”
# 06 noyabr 2008 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Media FM” radiosu ən tez halda dekabrın 1-dən, ən gec halda isə 2009-cu il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Bu barədə APA-ya açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi “Media FM” radiosunun direktoru Tural Əliyev bildirib. Radioda sırf peşəkarların çalışacağını deyən T. Əliyevin sözlərinə görə, hələlik heç bir işçi ilə müqavilə bağlanmayıb. Ümumilikdə isə “Media FM”-də 25-dək işçi çalışacaq.

T. Əliyev onu da qeyd edib ki, radioda sosial-siyasi yönümlü verilişlər üstünlük təşkil etsə də, əyləncəli verilişlərin də öz yeri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR