Mətbuat Şurası sentyabr-oktyabr aylarında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Mətbuat Şurası sentyabr-oktyabr aylarında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 06 noyabr 2008 12:55 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurası mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək üçün sentyabr-oktyabr aylarında keçirdiyi monitorinqi yekunlaşdırıb. Şuranın monitorinq qrupundan APA-ya verilən məlumata görə, ötən iki ayda monitorinqi aparılan nəşrlərdə gedən yazıların ümumi sayı iyul-avqust ayları ilə müqayisədə 8997 material çoxdur. Qeyd olunub ki, monitorinqi aparılan KİV-lərdən seçki mövzusuna daha çox «İki sahil», «Səs», «Şərq», «525-qəzet» və rəsmi dövlət qəzetləri yer ayırıblar. Son iki ayda KİV-lə bağlı materialların sayı 11243-ə çatıb. İyul-avqustda isə bu rəqəm 10641 olub.
Monitorinqi aparılan nəşrlərdə gedən 82340 materialdan 71971-i xəbərdir. Məlumata görə, seçki aktivliyinin media müstəvisinə çıxması gizli mənbəyə istinad praktikasına müraciət, həmçinin mənbənin göstərilməməsi hallarının sayını artırıb: “Ümumən gizli mənbəyə istinad və mənbənin göstərilməməsi təcrübəsinə əvvəlki aylarda olduğu kimi əsasən partiya təmayüllü və siyasi qurumlara yaxınlığı ilə seçilən nəşrlər müraciət etməkdədirlər”.
Bildirilib ki, ötən iki ayda monitorinqi aparılan KİV-lərdə «Azərbayjan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın pozulması hallarına 579 dəfə rast gəlinib. Monitorinq qrupu hesab edib ki, qəzetlər peşə etikasına əsasən tərəfsizliyi, balans prinsipini gözləməməklə sayğısızlıq ediblər (138 fakt ) ki, bu meyl əsasən siyasi qurumlara yaxınlığı ilə seçilən nəşrlər üçün xarakterikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR