Bank Of Baku

ABŞ “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının Azərbaycanda yayımının dayandırılacağı barədə açıqlamadan narahatdır

ABŞ “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının Azərbaycanda yayımının dayandırılacağı barədə açıqlamadan narahatdır
# 07 noyabr 2008 09:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının Azərbaycanda milli tezlikdə yayımının dayandırılacağı barədə Azərbaycan Milli Televiziya və Radio Şurasının açıqlamasından narahat olduğunu bildirib. APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, ABŞ bu məsələ ilə bağlı vəziyyətin aydınlaşdırılmasını xahiş edib: “Azərbaycan Milli Televiziya və Radio Şurasının rəhbəri oktyabrın 31-də beynəlxalq radio kanallarına və ABŞ-da beynəlxalq yayım sahəsinə nəzarət edən Teleradio İdarəçiləri Şurasına əvvəlcədən xəbər vermədən 2009-cu ildən etibarən həmin radio kanallarını yayımının dayandırılmasının mümkünlüyünü bildirib”. Dövlət Departamenti spikerinin müavini Robert Vuds açıqlamasında “Azadlıq”, “Amerikanın səsi” və BBC kimi beynəlxalq radioların Azərbaycanın demokratik inkişafına töhfə verdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR