Bank Of Baku

KİV nümayəndələri Mingəçevir şəhərində səfərdə olublar

KİV nümayəndələri Mingəçevir şəhərində səfərdə olublar
# 10 noyabr 2008 15:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda fəaliyyət göstərən 20-dək kütləvi informasiya vasitəsinin rəhbərləri və Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Mingəçevir şəhərində səfərdə olublar. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bu, şuranın Regionların inkişafına dair Dövlət Proqramının yerlərdə həyata keçirilməsinin mediada operativ və dolğun materiallarla işıqlandırmalarına, oxucuların, tamaşaçıların obyektiv məlumat almalarına yönələn layihəsi çərçivəsində reallaşdırılan sayca beşinci səfər olub. KİV nümayəndələrindən ibarət nümayəndə heyəti Mingəçevir Su Elektrik Stansiyasında stansiyanın tarixi və indiki şəraiti ilə tanış olublar. Qonaqlar şəhərdə fəaliyyət göstərən “İzolit” ASC-yə, “Nərgiz” Tekstil Fabrikinə, “Kür” Elektrik Avadanlıqları İstehsalı Müəssisəsinə də baş çəkərək onların iş rejimi barədə məlumat toplayıblar. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyətində şəhər ictimaiyyəti ilə görüş keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev şəhərdə həyata keçirilən quruculuq işlərindən söhbət açıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun mövcud layihə çərçivəsində həyata keçirdiyi tədbirlər, regionlara səfərlər barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR