Bank Of Baku

Ann Dersi: “Ümid edirəm ki, xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı məsələnin həlli yolunu tapacağıq”

Ann Dersi: “Ümid edirəm ki, xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı məsələnin həlli yolunu tapacağıq”
# 13 noyabr 2008 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Ümid edirəm ki, bir tərəfdaş kimi “Amerikanın səsi”, “Azadlıq” və BBC radiostansiyalarının yayımı ilə bağlı məsələnin həlli yolunu tapacağıq və bu radiolar yayımlarını davam etdirəcəklər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, beynəlxalq radioların yayımlarını davam etdirməsi ilə bağlı Azərbaycan vətəndaşlarından xahişlər daxil olduğunu və hazırda bu məsələyə dair Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıldığını bildirib. Səfir inanır ki, KİV-in inkişafı üçün beynəlxalq radioların yayımının önəmi dərk ediləcək və adı çəkilən radiostansiyalar yayımlarının davam etdirərək Azərbaycanda bu sahəyə böyük töhfə verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR