Bank Of Baku

Media Hüququ İnstitutu oktyabr ayına olan hesabatını açıqlayıb

Media Hüququ İnstitutu oktyabr ayına olan hesabatını açıqlayıb
# 14 noyabr 2008 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı oktyabr ayına olan hesabatını açıqlayıb. Qurumdan APA-ya daxil olan hesabatda ötən ay müddətində media ilə bağlı ölkədə baş verən proseslər əksini tapıb. Hesabatda bildirilir ki, oktyabrda medianın tərəf olduğu 31 məhkəmə prosesi davam edib, proseslər üzrə 35 məhkəmə iclası keçirilib və 11 məhkəmə qərarı çıxarılıb. Həmin qərarlardan 9-u medianın əleyhinə olub. Ötən ay müddətində media təmsilçiləri 5 dəfə müxtəlif formalarda təzyiqlərlə üzləşiblər.

Hesabatda medianın tərəf olduğu işlər üzrə daxili məhkəmələrin çıxardıqları qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin sayının artdığı qeyd olunur. Artıq AİHM belə şikayətlərdən birini – “Gündəlik Azərbaycan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin şikayətini icraata qəbul edib. Ötən ay Strasburqa jurnalistlərin işi ilə bağlı daha 3 şikayət göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR