Bank Of Baku

“Amerikanın səsi” televiziyasının “News Flash” verilişinin AzTV-də yayımı dekabrın 31-də dayandırılacaq - YENİLƏNİB

“Amerikanın səsi” televiziyasının “News Flash” verilişinin AzTV-də yayımı dekabrın 31-də dayandırılacaq - <font color=red>YENİLƏNİB</font>
# 20 noyabr 2008 15:18 (UTC +04:00)
Bu barədə APA-ya AzTV-dən məlumat verilib.

Məlumatda bildirilir ki, “News Flash” verilişinin AzTV-də yayımı üçün 1 illik müqavilə dekabrın 31-də başa çatacaq. Ona görə də şirkət “Amerikanın səsi”nə dekabrın 31-dən yayımını dayandırılacağı ilə bağlı xəbərdarlıq məktubu göndərib.

Qeyd edək ki, “Amerikanın səsi”nin “News Flash” proqramı AzTV-də 2007-ci ildən yayımlanır.

“Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin rəhbəri Bulud Mehmandarlı APA-ya bildirib ki, AzTV-nin xəbərdarlıq məktubunu bir həftə əvvəl alıblar. AzTV-nin Milli Teleradio Şurasının (MTRŞ) müraciəti əsasında belə bir addım atdığını deyən B. Mehmandarlı “Amerikanın səsi” radiosunun rəhbərliyinin problemin yoluna qoyulacağına ümidvar olduğunu qeyd edib: “Beynəlxalq Yayım Şurası bu məsələ ilə bağlı ciddi təşəbbüslər göstərir. Bu məsələ “Amerikanın səsi” ilə AzTV arasında deyil, rəsmi görüşlərdə həll olunacaq. Biz AzTV-nin də mövqeyini başa düşürük. AzTV MTRŞ-nin xəbərdarlığı əsasında bu addımı atıb. Bu məsələ Amerika və Azərbaycan hökumətləri arasında danışıqlar əsasında həll olunacaq. Ümidvarıq ki. Azərbaycan tamaşaçısı “Amerikanın səsi”nin televiziya verişlərinə baxa biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR