Estoniya Jurnalistlər Birliyinin nümayəndələri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Estoniya Jurnalistlər Birliyinin nümayəndələri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar
# 21 noyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Estoniyanın qadın təşkilatları və Jurnalistlər Birliyinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olub. Birlikdən APA-ya verilən məlumata görə, qurumun sədri Sevinc Osmanqızı təşkilatın Azərbaycanda etik və azad mətbuatın yaranması, habelə qadınların mətbuatda və siyasi proseslərdə rolunun gücləndirilməsi sahəsində gördüyü işlər barədə məlumat verib. Estoniya Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, xanım Merike Vilyur ölkəsində 2 il əvvəl yaranan Qadın Jurnalistlərin Təşəbbüs Qrupu barədə məlumat verib.

O, Estoniya parlamentində millət vəkillərinin 23%-nün, nazirlərdən isə 3-nün qadın olduğunu bildirib: “Estoniyada mədəniyyət, səhiyyə və sosial məsələlər üzrə nazirlər qadındır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR