Bank Of Baku

“Media etikası” kitabının təqdimatı keçirilib

“Media etikası” kitabının təqdimatı keçirilib
# 21 noyabr 2008 12:54 (UTC +04:00)
Bakı. Kəmalə QuliyevaAPA. Bu gün Media Hüquq İnstitutunun (MHİ) çap etdirdiyi “Media etikası” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, mətbuatın ən böyük gücü cəmiyyətin ona olan inamıdır, bu inamı isə yalnız etik çərçivələrdə fəaliyyət göstərən media qazana bilər. R. Hacılı qeyd edib ki, etik davranış qaydalarının pozulması bugünkü mətbuatın ən çox geri qaldığı sahədir. Ona görə də ATƏT-in media azadlığı üzrə nümayəndəsinin dəstəyi ilə çap olunan kitab jurnalistlər üçün stolüstü kitab kimi nəzərdə tutulub.
ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Aleks Şahtaxtinski isə bildirib ki, Azərbaycanda mətbuat və jurnalistlər müəyyən problemlərlə üzləşir: “ATƏT-in yanaşması daha çox praktik yanaşmadır. Medianın məsuliyyəti, etik normalara əməl etmək daha çox jurnalistlərdən asılıdır”.
Media üzrə ekspert Zeynal Məmmədli isə bildirib ki, media etikası kitabındakı qaydalar jurnalistlər üçün bir lakmus kağızına bəzəyir: “Jurnalistlər bu kitabın əsasında hansı hərəkəti düz, hansını yanlış etdiklərini və necə davranmaq qaydalarını biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR