Bank Of Baku

MTRŞ sədri: ““Mir” şirkətinin proqramları və “Türk müzik birliyi” kanalı Azərbaycanda yalnız kabel şəbəkəsi vasitəsi ilə yayımlanacaq”

MTRŞ sədri: ““Mir” şirkətinin proqramları və “Türk müzik birliyi” kanalı Azərbaycanda yalnız kabel şəbəkəsi vasitəsi ilə yayımlanacaq”
# 21 noyabr 2008 13:48 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin hökumət başçılarının noyabrın 14-də keçirilən toplantısında “Mir” DTŞ-nin MDB ərazisində tam miqyaslı yayımının həyata keçirilməsi ilə bağlı qəbul olunan plana münasibət bildirən N. Məhərrəmli deyib ki, Azərbaycanda bu telekanala milli tezlik verilməyəcək: ““Mir”in milli tezliklərdə yayılması mümkün olmayacaq, çünki onun dili Azərbaycan dili deyil. Azərbaycan ərazisində xarici kanalların yayımı qadağandır. Kanal kabel şəbəkəsinə qoşulub fəaliyyətini davam etdirəcək. Necə ki, Rusiyada da eyni qayda ilə yayımlanır. Bu kanal artıq bəzi kabel şəbəkələri ilə yayımlanmaq üçün danışıqlar aparıb. Şura da buna lazımi dəstək verəcək”
Şura sədri onu da bildirib ki, bütün türkdilli dövlətlərdə olduğu kimi Azərbaycanda da yayımlanması nəzərdə tutulan “Türk müzik birliyi” kanalı da yalnız kabel şəbəkəsi vasitəsi ilə yayımlana bilər: “Onlar şuraya bu məsələ ilə bağlı müraciət ediblər, gələcəkdə bu kanalın kabel şəbəkəsi vasitəsilə yayımına baxıla bilər”.
N. Məhərrəmli onu da deyib ki, Şəki və Yevlaxda regional televiziyaların açılması üçün bütün hazırlıqlar görülüb. Artıq sözügedən televiziya kanalları sınaq testləri keçirirlər. MTRŞ sədri bir il ərzində Şirvan şəhərində də regional televiziyanın fəaliyyətə başlayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR