Bank Of Baku

Masallıda jurnalistlər üçün təlim keçirilib

Masallıda jurnalistlər üçün təlim keçirilib
# 22 noyabr 2008 09:47 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallıda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) maliyyə yardımı ilə “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi çərçivəsində jurnalistlər üçün ikigünlük təlim keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, 20 nəfərədək media nümayəndəsinin qatıldığı tədbirdə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev çıxış edərək ədalətli məhkəmə araşdırması hüququ, media azadlığı, özəl həyat və mülkiyyət hüququ sahəsində Azərbaycan qanunvericiliyi, məhkəmə praktikası, Avropa İnsan Hüquqları Məhkəməsinin presidentləri və s. məsələlər barədə danışıb. Diskussiya şəraitində keçən tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR