Bank Of Baku

Mətbuat Şurasında Azərbaycandakı xarici dilli mətbuatın vəziyyəti müzakirə olunacaq

Mətbuat Şurasında Azərbaycandakı xarici dilli mətbuatın vəziyyəti müzakirə olunacaq
# 25 noyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın 28-də Mətbuat Şurasında “Azərbaycanda xarici dilli mətbu nəşrlər: reallıqlar, problemlər, perspektivlər” mövzusunda konfrans keçiriləcək. Şuradan APA-ya verilən məlumata görə, konfransda ölkədəki xarici dilli nəşrlərin fəaliyyəti, mövcud tendensiyalar və problemlər müzakirə olunacaq. Xarici dilli KİV-lərin fəaliyyət dairələrinin genişləndirilməsi, peşəkar jurnalistlərə olan tələblərinin ödənilməsi, maddi-texniki bazalarının təkmilləşdirilməsi də müzakirə predmetinə çevriləcək. Tədbirdə ölkədə yayımlanan bütün xarici dilli nəşrlərin rəhbərlərinin, jurnalistlərin, ekspertlərin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin media ilə işləyən məsul şəxslərinin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR