Bank Of Baku

MTRŞ sədri ilə Norveç səfirinin görüşündə xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması məsələsi müzakirə olunub

MTRŞ sədri ilə Norveç səfirinin görüşündə xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması məsələsi müzakirə olunub
# 26 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı-APA. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberql arasında görüş keçirilib. MTRŞ-dən APA-ya verilən məlumata görə, görüşdə xarici teleradio yayımçılarının Azərbaycanda yayımı ilə bağlı məsələ müzakirə edilib. N. Məhərrəmli mövcud qanunvericilikdə nəzərdə tutulan teleradio yayımı ilə bağlı ətraflı məlumat verib, “Televiziya və radio yayımı haqqında” qanunda Azərbaycan teleradio yayımının milli teleradio sisteminin əsasını təşkil edən – dövlət, bələdiyyə, özəl və ictimai yayımçılar tərəfindən həyata keçirildiyini bildirib. Şura sədri Azərbaycan qanunvericiliyində, həmçinin əksər Avropa ölkələrinin qanunvericiliyində milli tezliklərdə yalnız yerli teleradio yayımçılarının fəaliyyətinin mümkün olduğunu səfirin nəzərinə çatdırıb. Görüşdə MTRŞ sədri səfiri maraqlandıran digər sualları da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR