Bank Of Baku

Qarabağ müharibəsi veteranları “İdeal” qəzetinin təsisçisinin cəzalandırılmasını tələb edirlər

Qarabağ müharibəsi veteranları “İdeal” qəzetinin təsisçisinin cəzalandırılmasını tələb edirlər
# 28 noyabr 2008 10:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ müharibəsinin bir qrup veteranı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, müharibə veteranı Səbirə Mahmudova “İdeal” qəzetində Azərbaycan qadınları, Qarabağ döyüşçüləri, vətənpərvər insanlar haqqında davamlı olaraq təhqiramiz yazılar dərc edildiyini deyib. O, qəzetin təsisçisi Nazim Quliyev haqqında məhkəmə iddiası qaldırdığını və onun barəsində həbs-qətimkan tədbiri seçildiyini, lakin N. Quliyevin hüquq-mühafizə orqanlarından gizləndiyini söyləyib. S. Mahmudova bildirib ki, ölkədə Qarabağ döyüşçülərinə hər zaman diqqətsizlik olub və bu da N. Quliyev kimi şəxslərin həmin təhqirləri səsləndirməsinə rəvac verib: “Biz bu yoldan geri çəkilməyəcəyik. Nazim Quliyev qanun çərçivəsində cəzalandırılmasa, özümüz onun cəzasını verəcəyik”.

Tədbirdə iştirak edən digər keçmiş döyüşçülər də N. Quliyevin tapılaraq cəzalandırılmasını istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR