Bank Of Baku

“Azərbaycanda xarici dilli mətbu nəşrlər: reallıqlar, problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycanda xarici dilli mətbu nəşrlər: reallıqlar, problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib
# 28 noyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Mətbuat Şurasında (MŞ) “Azərbaycanda xarici dilli mətbu nəşrlər: reallıqlar, problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda ölkədəki xarici dilli nəşrlərin fəaliyyəti, mövcud tendensiyalar və problemlər müzakirə olunub. MŞ sədri Əflatun Amaşov hazırda Azərbaycanda 120-dən artıq xarici dilli KİV-in olduğunu, onlardan 70-nin rus, 50-nin ingilis, 1-nin fransız, 1-nin isə alman dilində fəaliyyət göstərdiyini bildirib: “Bundan başqa, ölkənin aparıcı informasiya agentlikləri də bir neçə dildə xəbər yayır”.

Tədbirdə çıxış edən “Qaya” Mətbuat Yayımının rəhbəri Xanhüseyn Əliyev ölkədə xarici dilli mətbuata böyük tələbatın olduğunu bildirib. Onun sözlərinə görə, bu gün xarici ölkədən Azərbaycana qəzet gətirmək çox baha qiymətə, ən azı bir nüsxəsi üç manata başa gəlir: “Bu gün ölkədə xarici dilli mətbuatın bazarı boşdur”.

Mətbuat Şurasının üzvü Vüsalə Mahirqızı dünyanın bir çox ölkəsində çap olunan tanınmış nəşrlərin pulsuz yayımlandığını, onların daha çox reklamdan gələn gəlir hesabına fəaliyyət göstərdiyini deyib. V. Mahirqızı bu gün Azərbaycanda internet medianın daha çox inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycanda rus və ingilis dilli internet portalları və agentliklərlə yanaşı, ispan, alman, fars, çin və digər dillərdə internet mediasının sayını artırmaq lazımdır: “Biz dünya ilə hər dildə danışmağı bacarmalıyıq”.

Tədbirdə ölkədə yayımlanan bir sıra xarici dilli nəşrlərin rəhbərləri, jurnalistlər və ekspertlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR