2009-cu ilin dövlət büdcəsində Azərbaycanda mətbuatın inkişafına ayrılan 1,3 milyon manat hansı prinsiplərlə bölüşdürüləcək? - ARAŞDIRMA
Mətbuatın İnkişafına Dəstək Fondunun sənədləri Prezident Aparatına təqdim olunub
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına dövlət dəstəyi Konsepsiyasına əsasən, mətbuatın inkişafı ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi - mətbuata qrantların ayrılması, kreditlərin, ünvanlı yardımların, subsidiyaların verilməsi nəzərdə tutulur. Konsepsiyada nəzərdə tutulan işləri isə Mətbuatın İnkişafına Dəstək Fondu (MİDF) həyata keçirəcək. MŞ sədrinin sözlərinə görə, MDİF yaxın günlərdə yaradılacaq: “2009-cu ilin büdcəsində mətbuatın inkişafı üçün nəzərdə tutulan 1 milyon 300 min manatı Fond bölməlidir. Hələ ki, Fond yaranmayıb. Fondun konsepsiyası nəzərdə tutulan istiqamətlərdə formalaşmalıdır”.
Ə. Amaşov bildirib ki, MİDF-in sənədlərinin bir hissəsini MŞ layihə şəklində Prezident Aparatına təqdim edib: “Həmin sənədlər və Fondun Əsasnaməsi Prezident Aparatında işlənilir və yaxın vaxtlarda təsdiqlənəcək. Fond yaranandan sonra müəyyən etmək olar ki, büdcədə nəzərdə tutulan həmin vəsait hansı istiqamətlərdə xərclənəcək”. MŞ sədrinin sözlərinə görə, elektron KİV-lər bu vəsaitdən yararlana bilməyəcək, vəsait yalnız çap mediası və agentliklər üçün nəzərdə tutulub.
Şura sədri deyib ki, Fənd yaranandan sonra onun fəaliyyəti ilə bağlı təlimatlar hazırlanacaq: “Elə KİV-lər maliyyələşməlidir ki, onların özünüidarəsində stimul olsun. Hazırda Azərbaycanda xeyli qəzet var ki, bank hesabları, VÖİN-ləri belə yoxdur, mühasibat sənədləri lazımi tələblərə cavab vermir, işçiləri ilə əmək müqaviləsi bağlamırlar. Bəzi KİV-in külli miqdarda borcu yığılıb qalıb. Belə KİV-lərə yəqin ki, yardımlar edilməyəcək. Elə KİV-lər var ki, jurnalistlər peşə davranışlarını pozurlar. Onlara da yardım etmək olmaz. Yardım ayrılacaq KİV-lər siyahısı müəyyənləşdirilərkən yəqin ki, bu prinsiplər əsas götürüləcək”.
Ə. Amaşovun sözlərinə görə, ayrılmış vəsaitlərin sərf olunmasına da MİDF özü nəzarət edəcək. Nəzarət mexanizmləri isə hələlik məlum deyil: “Tələsməyə ehtiyac yoxdur. Fondu yaradaq, bundan sonra veriləcək yardımlarla bağlı fikir mübadiləsi apararıq. Elə mexanizm hazırlanmalıdır ki, kifayət qədər şəffaf olmaqla yanaşı, hamı tərəfindən qəbul edilsin və mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına səbəb olsun”.
Şura sədri hesab edir ki, bu vəsait indiyə kimi Azərbaycanda mətbuata göstərilən yardımların davamıdır: “Konsepsiya KİV-lərin iqtisadi baxımdan özlərini maliyyələşdirməsinə imkan yaradır. Vəsaitdən düzgün istifadə etsək, bu, Azərbaycan jurnalistikasında yeni dövrün başlanğıcına çevriləcək, vəsait növbəti illərdə artan xətlə inkişaf edəcək. Fondun rəhbərliyi, idarə olunması barədə danışmaq da hələ tezdir. Bununla belə, hesab edirik ki, ilk növbədə, Azərbaycan mətbuatının iqtisadi dayaqlarını möhkəmləndirən layihələr maliyyələşməlidir”.
Ayrı-ayrı jurnalistlərin və jurnalist qruplarının da layihələrinə vəsait ayrılacaq
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Mətbuatın İnkişafına Yardım Konsepsiyasını hazırlayan işçi qrupunun üzvü Əliməmməd Nuriyev isə APA-ya bildirib ki, vəsaitin alınması üçün KİV-in qeydiyyatdan keçməsi vacib şərtdir. Şəhadətnaməsi olan, müntəzəm fəaliyyət göstərən KİV-lər bu yardımdan bəhrələnə bilərlər. Ə. Nuriyevin sözlərinə görə, Mətbuatın İnkişafına Dəstək Fondunun tərkibində Müşahidə Şurası, Ekspertlər qrupu fəaliyyət göstərəcək: “Burada söhbət çap mediasının müxtəlif layihələrinin maliyyələşdirilməsindən gedir. KİV-lərin layihələrinə maliyyə vəsaiti ayırmaqla yanaşı, onlara bir sıra konsultativ, metodiki, təşkilati texniki yardımlar da ediləcək”. Regional KİV-lərin inkişafı ilə bağlı layihələrin də olacağını deyən Ə. Nuriyevin sözlərinə görə, vəsait ayrılacaq layihələrin mövzuları üzrə də müəyyən prioritetlər tətbiq ediləcək: “Azərbaycançılıq, vətəndaş hüquqları, insan hüquq və azadlıqları, işğal olunmuş ərazilərlə bağlı layihələrə daha çox üstünlük veriləcək. Ümumiyyətlə, konsepsiyada 10-dan artıq istiqamət müəyyənləşib ki, bu istiqamətli layihələrə daha çox üstünlük veriləcək. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirən layihələr olacaq. Hər bir halda bütün maliyyə vəsaitləri müsabiqədən keçəcək. Vəsait müsabiqənin qalibi olmuş layihələrə veriləcək. Kimsə fikirləşə bilər ki, müraciət etmiş bütün KİV-lərin layihələrinə dərhal müsbət cavab veriləcək, xeyr belə olmayacaq. Kriteriyalar müəyyənləşəcək, layihələr dəyərləndiriləcək, bundan sonra maliyyə yardımı ayrılacaq. Qiymətləndirmədə KİV-lərin dövriliyi də nəzərə alınacaq”.
Ə. Nuriyev hesab edir ki, elektron KİV-lərin bu yardıma ehtiyacı yoxdur. Lakin regional radiolara gələcəkdə yardımlar edilməsi nəzərdə tutulur: “Ayrılan vəsaitin bütün KİV-lər arasında bərabər bölünməsi yanlış fikirdir. Vəsaitlər konkret layihələrə veriləcək. Proqram tərtib olunacaq və orada əsaslandırılacaq ki, təqdim olunan layihələr nə dərəcə Azərbaycanın milli maraqları ilə bağlıdır”. Ə. Nuriyev bildirib ki, jurnalist tədqiqatlarına, yayım təşkilatlarına da yardımlar ayrılacaq. Ayrı-ayrı jurnalistlər də, jurnalist qrupları da layihə ilə müraciət edə bilərlər. O, ayrılan vəsaitin KİV-in problemlərinin həllinə kifayət etmədiyini qeyd etməklə yanaşı, dövlətin də bütövlükdə KİV-lərin bütün yükünü öz üzərin götürməyə borclu olmadığını deyir: “Belə olsa, həmin KİV bütövlükdə dövlətdən asılı vəziyyətə düşə bilər. Sadəcə, medianın mövcud durumu, iqtisadi vəziyyət, böhran nəzərə alınaraq yardımlar ediləcək”.
Ə. Nuriyevin sözlərinə görə, Fond gələn ilin yanvarına qədər yaradılacaq. Sözügedən vəsait dövlət büdcəsindən Maliyyə Nazirliyi vasitəsi ilə Fonda köçürüləcək. Maliyyə vəsaitinin ayrılması Fondun idarə heyəti, qərarların icrası isə icraçı direktor tərəfindən həyata keçiriləcək. Layihələrin icrasına nəzarət etmək üçün isə İdarə Heyəti tərəfindən monitorinqlər keçiriləcək.
“Regional televiziyalara da vəsaitin ayrılması yaxşı olardı”
Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, hökumət regional kanalların maddi texniki bazasının möhkəmlənməsi ilə bağlı da tədbirlər görsə, yaxşı olardı: “Güzəştli kreditlərin verilməsi çox gözəl olardı. Əvvəllər bu məsələ ilə bağlı müraciət etmişdik. Sonradan müraciətləri dayandırdıq, çünki nəticəsi olmadı”.
Qeyd edək ki, hazırda ölkədə 14 regional, Az TV ilə bərabər 9 ümumrespublika kanalı fəaliyyət göstərir.
İlk növbədə Mətbuatın İnkişafına Dəstək Fondunun Əsasnaməsi təsdiq olunmalıdır
Prezident Aparatından da APA-ya bildirilib ki, ilk növbədə, MİDF-n Əsasnaməsi hazırlanıb təsdiq olunmalıdır. Vəsaitin bölünməsi qaydaları, müsabiqəli və müsabiqəsiz şərtlərlə maliyyənin hansı istiqamətə yönəldiləcəyi Əsasnamədə nəzərə alınacaq. İctimaiyyətə geniş açıqlama da Əsasnamə təsdiq olunandan sonra veriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 3500-dən çox KİV qeydiyyatdan keçib. Onlardan 50-yə qədəri elektron KİV, 20-si informasiya agentliyi, 50-dən çoxu jurnal, qalanı isə qəzetdir. 30-a yaxın qəzet gündəlik, 60-a yaxın qəzet isə həftəlik nəşr olunur.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib