Bank Of Baku

Yeni radio yanvarın 1-də efirə çıxacaq

Yeni radio yanvarın 1-də efirə çıxacaq
# 01 dekabr 2008 11:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi olan “Media FM” radiosunun efirə çıxması ilə bağlı son hazırlıq işləri dekabrın 20-dək yekunlaşacaq. Bu barədə APA-ya açıqlamasında radionun baş direktoru Tural Əliyev bildirib. “Media FM”in yanvarın 1-dən efirdə olacağını deyən T. Əliyevin sözlərinə görə, işçilərin seçimi ilə bağlı da işlər yekunlaşmaq üzrədir. Baş direktor rəsmi müsabiqə elan etməsələr də, 30-a yaxın jurnalistin onlara iş üçün müraciət etdiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR