Bank Of Baku

Qənimət və Sakit Zahidov qardaşlarının anası ədliyyə naziri Fikrət Məmmədova müraciət edib

Qənimət və Sakit Zahidov qardaşlarının anası ədliyyə naziri Fikrət Məmmədova müraciət edib
# 02 dekabr 2008 11:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin anası bu gün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Bu barədə APA-ya qəzetin əməkdaşı Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova məlumat verib. Onun sözlərinə görə, ötən gecə Qənimət Zahid və Mirzə Sakitin atası vəfat edib. Prezidentə müraciətdə jurnalistin anası hər iki oğlunun atasının dəfn mərasimində iştirak etməsi üçün icazə verilməsini xahiş edib. R. Zahidov bildirib ki, müraciət səhər saatlarında olub: “Hələ indiyə qədər dəfn yubadılır. Biz hər iki qardaşın dəfndə iştirak etməsinə icazə verilməsini gözləyirik”.

Müsavat Partiyası və partiyanın deputat qrupu da məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, müraciət həm Prezident Aparatına, həm də Milli Məclis rəhbərliyinə çatdırılıb. Bu müraciətdə də, Q. Zahidin və Mirzə Sakitin atalarının yas mərasimində iştirak etməsi üçün icazə verilmələri xahiş edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR