Bank Of Baku

Xarici radiostansiyaların bağlanmasına etiraz olaraq aksiyalar keçiriləcək

Xarici radiostansiyaların bağlanmasına etiraz olaraq aksiyalar keçiriləcək
# 04 dekabr 2008 10:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva APA. Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların yayımının dayandırılacağı ilə bağlı Milli Teleradio Şurasının xəbərdarlığına etiraz olaraq 20-dək gənc yazar kütləvi etiraz aksiyalarına başlayacaq. APA-nın məlumatına görə, bu barədə gənc yazarlar bu gün keçirdikləri mətbuat konfransında məlumat veriblər. Aksiyalara gələn həftədən start veriləcək. Keçiriləcək üç aksiyaya bir neçə müxalifət partiyası və gənclər təşkilatı da dəstək verəcək. Tədbirdə radioların bu aksiyalarla heç bir bağlılığının olmadığı da bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR