Bank Of Baku

Xarici radiostansiyaların Azərbaycanın milli tezliyində yayımının dayandırılması ilə bağlı debat təşkil olunub

Xarici radiostansiyaların Azərbaycanın milli tezliyində yayımının dayandırılması ilə bağlı debat təşkil olunub
# 04 dekabr 2008 12:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli- APA. Bu gün Azərbaycan Media Mərkəzinin təşkilatçılığı ilə xarici radiostansiyaların Azərbaycanın milli tezliyində yayımının dayandırılması ilə bağlı debat təşkil olunub. APA-nın məlumatına görə, debatda Milli Televiziya və Radio Şurasının (MTRŞ ), radioların və ictimaiyyətin nümayəndələri iştirak edib. MTRŞ üzvü Qafar Cəbiyev bildirib ki, ümumilikdə Azərbaycanda yayımlanan radioların ciddi problemləri var. Onun sözlərinə görə, radioların dinləyicilərə təqdim etdiyi mövzular, peşəkarlıq, yayım əraziləri ilə bağlı bir sıra qüsurlar mövcuddur. Xarici radiostansiyaların yayımının dayandırılmasına gəlincə, Q. Cəbiyev bildirib ki, çoxları bu məsələni həmin radioların ümumilikdə yayımının dayandırılması kimi təqdim edir: “Amma burada söhbət həmin radioların milli tezlikdə yayımının dayandırılmasından gedir. “Amerikanın səsi” radiosu 1998, “Azadlıq” və BBC radioları isə 1999-cu ildən Azərbaycanın milli tezliyində yayılır. Amma o zaman Milli Televiziya və Radio Şurası yox idi və bu məsələ hökumətlə razılaşdırıldıqdan sonra həyata keçirilmişdi. Teleradio Şurası özündən heç nə kəşf etməyib. Biz sadəcə, qanunun tələbini yerinə yetiririk”.
Media məsələləri üzrə ekspert Zeynal Məmmədli isə bildirib ki, Azərbaycan Avropa Şurasına daxil olarkən ifadə azadlığı, vətəndaşların məlumat almaq azadlığı ilə bağlı öhdəlik götürüb. Onun sözlərinə görə, xarici radiostansiyaların yayımının dayandırılması Azərbaycan vətəndaşlarının məlumat almaq hüququnu məhdudlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR