Bank Of Baku

Xarici radiostansiyaların Azərbaycanda yayımına dair son qərar dekabrın 25-də veriləcək

Xarici radiostansiyaların Azərbaycanda yayımına dair son qərar dekabrın 25-də veriləcək
# 05 dekabr 2008 09:08 (UTC +04:00)
Bu barədə APA-ya Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, iclasda xarici radiostansiyalara verilən lisenziyaların müddətinin uzadılıb uzadılmayacağı məsələsi müzakirə olunacaq: “Lakin qabaqcadan hər hansı fikir söyləyə bilmərəm. Lisenziyaların verilməsi ya dayandırılacaq, ya da müəyyən müddətə uzadılacaq”.

N. Məhərrəmli bildirib ki, Amerika Yayım Şurasının əməkdaşları MTRŞ-dən iki ölkənin hökumətləri arasında danışıqlar aparılması üçün vaxt istəyib: “Amerikada prezident seçkiləri bu yaxınlarda başa çatıb. Yeni prezident səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq. Ona görə də, onlar bu məsələnin müzakirəsi üçün vaxt istədilər. Biz də bunu normal qarşılayırıq. Həmin məsələ də müzakirə olunacaq”.

Şura sədri xarici radiostansiyaların yayımının dayandırılacağı ilə bağlı debatların və kütləvi aksiyaların keçirilməsinə də münasibət bildirib: “Mən Amerika Yayım Şurasının üzvlərinə də, Amerika səfirliyinin nümayəndələrinə də dedim ki, xarici təşkilatlar tərəfindən sərt reaksiya olanda, biz də kəskin mövqe nümayiş etdirməyə başlayırıq. Biz öz işimizin doğru olduğuna əminik. Bu cür bəyanat və aksiyalar bizim işimizə təsir göstərə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR