Bank Of Baku

BDU-nun 90 illik yubileyi ilə bağlı müsabiqə elan olunub

BDU-nun 90 illik yubileyi ilə bağlı müsabiqə elan olunub
# 05 dekabr 2008 12:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyi ilə bağlı yazılı və elektron KİV-də müsabiqə elan olunub. Tərəfsiz (Parlament) Jurnalistlər Birliyindən APA-ya daxil olan məlumata görə, müsabiqəni BDU adıçəkilən birliklə birgə təşkil edəcək. Müsabiqə 2008-ci ilin dekabrın 1-dən 2009-cu il aprelin 30-a qədər keçiriləcək. Bu müddətdə mətbuatda dərc olunan yazılar və efirdə səsləndirilən telefilmlər, yaxud da qısametrajlı filmlər müsabiqə komissiyasına təqdim oluna bilər. Müsabiqə BDU-nın tarixi (1919-2009), Azərbaycan elm və təhsilinin təşəkkül və inkişafında, ziyalı elitasının formalaşmasında və dünya elm və təhsilinə inteqrasiya məsələsində BDU-nun rolu istiqamətləri üzrə keçiriləcək. Göstərilən hər istiqamətdə yazılı KİV üzrə birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün isə 200 manat məbləğində mükafat nəzərdə tutulur. Telefilmlər üçün isə bu məbləğ müvafiq olaraq 1000, 600, 400 AZN məbləğində müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR