Bank Of Baku

Qafqaz regional informasiya resursunun yaradılması ideyası müzakirə olunur

Qafqaz regional informasiya resursunun yaradılması ideyası müzakirə olunur
# 05 dekabr 2008 13:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan və Gürcüstanın KİV nümayəndələrinin iştirakı ilə “Qafqazın informasiya məkanı: bugünkü vəziyyət və mümkün perspektivlər” adlı videokörpü keçirilib. APA-nın məlumatına görə, görüş iştirakçıları Qafqaz regional informasiya resursunun yaradılması və ildə bir dəfə Qafqaz media-forumunun keçirilməsi ideyasını müzakirə ediblər.

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski bildirib ki, regional informasiya resursu yaratmaq üçün ümumi maraq və vahid struktur tələb olunur: “Maraq var, strukturun yaradılması da böyük qüvvə tələb etmir”. Baş redaktor regionda problemlərin artdığını söyləyib və bu problemlərin müzakirəsinə ehtiyac duyulduğunu, bu müzakirələrdə qərar qəbul edənlərin də iştirakının vacibliyini vurğulayıb.

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı rusdilli mətbuatın Azərbaycan mediasının 5-10 faizini təşkil etdiyini söyləyərək təklif edib ki, Azərbaycan və gürcü dillərində çap olunan materiallarla tanışlıq üçün struktur yaradılsın və həmin struktur mətbuatın xülasəsini tərcümə edərək hazırlasın.

“Georgian Times” media holdinqinin sahibi və prezidenti Malxaz Qulaşvili isə deyib ki, Gürcüstanda belə bir qurum var və o, Azərbaycan mediasında Gürcüstanla bağlı çıxan yazıların monitorinqini apararaq nəşr edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR