Bank Of Baku

Azərbaycan Mətbuat Şurası prezident İlham Əliyevə müraciət edib

Azərbaycan Mətbuat Şurası prezident İlham Əliyevə müraciət edib
# 05 dekabr 2008 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) prezident İlham Əliyevə müraciət edib. MŞ-dan APA-ya daxil olan məlumata görə, müraciətdə Qənimət və Sakit Zahidov qardaşlarına atalarının yas mərasimində iştiraka şərait yaradıldığına görə prezidentə minnətdarlıq edilib: “Bu günlərdə «Azadlıq» qəzetinin məhkum həyatı yaşayan baş redaktoru Qənimət Zahidovun və qardaşı, həmin nəşrin əməkdaşı Sakit Zahidovun ataları Səlim Zahidovun yas mərasimində iştirakları üçün cəzalarını çəkdikləri müəssisələrdən müvəqqəti azad edilmələri bütün ölkədə və onun hüdudlarından kənarda xeyirxah məramın yeni nümunəsi kimi dəyərləndirilib”.
Daha sonra prezidentdən Qənimət və Sakit Zahidov qardaşlarının əfvi imkanlarını nəzərdən keçirməsi xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR