Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri beynəlxalq radioların yayımı ilə bağlı müzakirələrin müsbət nəticələnəcəyinə əmindir

ABŞ-ın Azərbaycandakı səfiri beynəlxalq radioların yayımı ilə bağlı müzakirələrin müsbət nəticələnəcəyinə əmindir
# 10 dekabr 2008 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ABŞ Beynəlxalq Yayım Şurasının nümayəndə heyətinin “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının Azərbaycanda yayımı ilə bağlı apardığı müzakirələrin konstruktiv nəticələnəcəyinə və məsələnin müsbət həllini tapacağına əmin olduğunu bildirib. APA-nın məlumatına görə, səfir bunu Azərbaycan Qadın Jurnalistlər Birliyində keçirilən görüşdə deyib. O, radioların İnternet vasitəsilə yayımlanmasının çıxış yolu olmadığını bildirib: “Ən azı ona görə ki, Azərbaycanda telekommunikasiya infrastrukturu hələ inkişaf etməkdədir və insanların çox az hissəsinin bu növ kommunikasiyaya çıxışı var”. Səfir hesab edir ki, beynəlxalq radiolar Azərbaycanda mətbuatın güclü demokratiya institutu kimi möhkəmlənməsinə xidmət göstərməkdə davam edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR