Bank Of Baku

Media Hüququ İnstitutu medianın hüququ durumu ilə bağlı hesabat açıqlayıb

Media Hüququ İnstitutu medianın hüququ durumu ilə bağlı hesabat açıqlayıb
# 11 dekabr 2008 12:30 (UTC +04:00)
Bakı-APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı noyabr ayı üçün hesabatını açıqlayıb. MHİ-dən APA-ya verilən məlumata görə, sənəd ötən ayda ölkə mediasında baş verənlərin statistika və şərhini əhatə edir. Almaniyanın Fridrix Ebert Fondunun dəstək verdiyi hesabatda qeyd olunub ki, ötən ay medianın tərəf olduğu 42 məhkəmə prosesi davam edib, həmin proseslər üzrə 45 məhkəmə iclası keçirilib. Məhkəmə işləri ilə bağlı 10 qərar çıxarılıb. Həmin qərarların 2-i medianın xeyrinə olub. Ötən bir ayda mediaya qarşı daha 4 iddia qaldırılıb. Bildirilib ki, noyabrda media yayım problemləri də yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR