Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımına nəzarət edən təşkilatlarının qurumu yaradılacaq

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımına nəzarət edən təşkilatlarının qurumu yaradılacaq
# 15 dekabr 2008 12:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımına nəzarət edən təşkilatlarının qurumu yaradılacaq”. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, dekabrın 18-19-da Türkiyənin İstanbul şəhərində keçiriləcək toplantı zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımına nəzarət edən təşkilatlarının təmsilçiləri əməkdaşlıq sazişi imzalayacaqlar: “Yeni qurum hansısa ciddi səlahiyyətləri öhdəsinə götürməyəcək. Sadəcə, əməkdaşlıq, təcrübə mübadiləsi, dialoq istiqamətində fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımına nəzarət edən təşkilatlarının qurumunun yaradılması təklifi quruma üzv dövlətlərin xarici işlər nazirlərinin bu ilin aprelində keçirilən toplantısı zamanı qərara gəlinib. Teleradio yayımçılarının ilk toplantısı isə bu ilin iyunda baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR