Bank Of Baku

Gündəlik nəşr olunan “Ekspress” qəzeti dövriliyini azaldıb

Gündəlik nəşr olunan “Ekspress” qəzeti dövriliyini azaldıb
# 16 dekabr 2008 07:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Maliyə problemləri ilə əlaqədar olaraq Azərbaycanda gündəlik nəşr olunan “Ekspress” qəzeti dövriliyini azaldıb. Qəzetin baş redaktoru Qəzənfər Bayramovun APA-ya verdiyi məlumata görə, bu həftədən “Eksperess” həftədə 3 dəfə nəşr olunacaq. Q. Bayramov yaranmış maliyyə probleminin aradan qaldırılmasına çalışdığını və müəyyən çıxış yolu tapdığını deyib: “Son bir neçə ayda qəzetimizin “Futbol Ekspress” əlavəsi nəşr edilirdi. Yanvar ayından başlayaraq “Futbol Ekspress”i ayrıca qəzet olaraq nəşr etmək fikrindəyik. Hazırda ölkədə idman qəzetlərinin tirajı yüksəkdir və biz də düşünürük ki, ən geci 2 ay müddətində “Futbol Ekspress”in tirajını artıra bilərik. Eyni vaxtda iki qəzeti nəşr etmək çətinlik yaratdığından “Eksperess”i hələlik həftədə üç dəfə nəşr edəcəyik. Düşünürük ki, bir idman qəzetinin satışı ilə digər ictimai-siyasi qəzeti də saxlamaq mümkündür”.
Q. Bayramov qəzet kollektivində hər hansı ixtisarların nəzərdə tutulmadığını da bildirib: “Normal halda gündəlik qəzetdə bizim redaksiyanın kollektivindən 3 dəfə artıq şəxs çalışmalıdır. Amma biz minimum güclə işlədiyimizdən hər hansı ixtisar olmayacaq”.
Gündəlik nəşr olunan “525-ci qəzet”in həftəliyə keçəcəyi ilə bağlı yayılan məlumatlar isə öz təsdiqini tapmayıb. Qəzetin baş redaktoru Rəşad Məcid APA-ya bildirib ki, mətbuatda maliyyə problemi yaransa, bu ən gec onun rəhbərlik etdiyi qəzetdə hiss olunacaq: “Çünki “525-ci qəzet” ən çox reklam alan qəzetdir. Ona görə də biz nəinki həftəliyə keçmək, yeni layihələr, qəzetin səhifəsini artırmaq barədə düşünürük”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da hər hansı maliyyə probleminin olmadığını və qəzetin dövrlüyünün azaldılması barədə düşünmədiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR