Bank Of Baku

Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü sessiyası Bakıda keçiriləcək

Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü sessiyası Bakıda keçiriləcək
# 17 dekabr 2008 13:10 (UTC +04:00)
Bakı-APA. Dünyanın 56 ölkəsinin 70-dən çox nüfuzlu televiziya şirkətini özündə birləşdirən Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü sessiyasının Bakıda keçirilməsi təklifi qəbul olunub.

Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. Qurumun İdarə Heyəti və Baş Assambleyada bununla bağlı qərar qəbul edildiyini deyən Avropa Yayım Birliyinin prezidenti Friz Pleytgen qeyd edib ki, təşkilatın bütün üzvləri, o cümlədən əlaqədar şəxslər Cenevrədəki daimi xidmət çərçivəsində 2010-cu ildə Bakıya səfər edəcəklərini səbirsizliklə gözləyirlər. Bu barədə qurumun prezidenti Friz Pleytgen İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərova göndərdiyi məktubda bildirib. Azərbaycanın bu tədbirə böyük qabiliyyətlə ev sahibliyi edəcəyinə əminliyini ifadə edən qurumun prezidenti Bakı toplantısının Avropa Yayım Birliyi tarixində ən yadda qalan Baş Assambleyalardan biri olacağına inandığını vurğulayıb. Avropa Yayım Birliyinin prezidenti İctimai teleradionun baş direktoruna bununla bağlı təklifinə görə təşəkkürünü bildirib və televiziyanın bütün heyətini qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR