Bank Of Baku

Mərhum jurnalist Nəcəf Nəcəfov anılıb

Mərhum jurnalist Nəcəf Nəcəfov anılıb
# 17 dekabr 2008 13:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün mərhum jurnalist Nəcəf Nəcəfovun vəfatının 9-cu ildönümünə həsr edilən tədbir keçirilib. APA-nın məlumatına görə, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Nəcəf Nəcəfovun unudulmasından narahat olduğunu deyib. O bildirib ki, bu gün jurnalistika fakültəsində təhsil alan tələbələrin əksəriyyəti Nəcəf Nəcəfovu tanımır. A. Əliyev 2010-cu ildə N. Nəcəfovun 55 yaşının tamam olacağını xatırladaraq mərhum jurnalistlə bağlı müsabiqə keçirilməsi və digər addımların atılmasının vacibliyini vurğulayıb.

Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şamil Hacıyev isə mərhum jurnalist haqqında sənədli kitab hazırlanmasını təklif edib. Onun sözlərinə görə, bu iş N. Nəcəfovu yaxından tanıyan bir şəxsə həvalə edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR