Bank Of Baku

Mətbuat Şurasının sədri: “Çox istərdik ki, yeni ilə qədər həbsdə olan jurnalistlər əfv olunsun”

Mətbuat Şurasının sədri: “Çox istərdik ki, yeni ilə qədər həbsdə olan jurnalistlər əfv olunsun”
# 18 dekabr 2008 10:34 (UTC +04:00)
Bakı. Kəmçalə Quliyeva-APA. “Çox istərdik ki, yeni ilə qədər həbsdə olan jurnalistlər əfv olunsun”. APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə. Amaşov həbsdə olan 4 jurnalistin (Qənimət Zahid, Eynulla Fətullayev, Mirzə Sakit, Müşfiq Hüseynov) əfv olunması ilə bağlı bir qədər əvvəl Mətbuat Şurası adından müraciət edildiyini xatırladaraq məsələnin şura tərəfindən daim diqqətdə saxlandığını qeyd edib. Şura sədri həbsdə olan jurnalistlərin cəzalarının bir hissəsini çəkdiklərini, azyaşlı övladlarının, yaşlı valideynlərinin olduğunu qeyd edərək onların əfv olunmasının məqsədəuyğun olduğunu bildirib.
Ə. Amaşov Mətbuata Yardım Fondunun yaradılması ilə bağlı gələn ilin əvvəllərində qərar qəbul olunmasının gözlənilən olduğunu da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR