Bank Of Baku

İranda azərbaycanlı jurnalist aclıq aksiyasına başlayıb

İranda azərbaycanlı jurnalist aclıq aksiyasına başlayıb
# 22 dekabr 2008 08:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İrandakı azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Şahnaz Qulami həbsxanada aclıq elan edib. Ş. Qulaminin Hüquqlarını Müdafiəsi Komitəsindən APA-ya verilən məlumata görə, azərbaycanlı jurnalist saxlanıldığı Təbriz həbsxanasında aclıq aksiyasına başlayıb. O, bərəsində çıxarılan həbs qərarına və saxlanma şəraitinə etiraz edir.

Qeyd edək ki, Ş. Qulami İran Xalq Mücahidlər Hərəkatındakı fəaliyyəti ilə əlaqədar 1989-1994-cü illərdə həbsdə olub. 2007-ci ilin mayında isə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə keçirilən tədbirlərdə iştirakına görə bir ay həbsdə saxlanılıb. Ş. Qulami bu ilin noyabrın 9-da da milli fəaliyyətinə görə yenidən həbs edilib. Ş. Qulami İran Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR