Bank Of Baku

Naxçıvanda “İlin qəzeti” və “İlin jurnalisti” müsabiqələrinin nəticələri məlum olub

Naxçıvanda  “İlin qəzeti” və “İlin jurnalisti” müsabiqələrinin nəticələri məlum olub
# 24 dekabr 2008 11:18 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Bu il Naxçıvan Muxtar Respublikasında (MR) ilk dəfə keçirilən “İlin qəzeti” və “İlin jurnalisti” müsabiqələrinin nəticələri açıqlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən müsabiqədə regionun 8 həftəlik mətbu orqanının illik fəaliyyəti təhlil edilib. Yekun nəticələrə əsasən Şərur Rayon İcra Hakimiyyətinin mətbu orqanı—“Şərurun səsi” qəzeti “İlin qəzeti” nominasiyası üzrə qalib olub. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin əməkdaşı Muxtar Məmmədov isə ilin jurnalisti seçilib.
Qeyd edək ki, hazırda MR-də 9 mətbu orqanı fəaliyyət göstərir. Belə müsabiqələrin növbəti illərdə də təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR