Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı məsələyə dekabrın 29-u və ya 30-da baxılacaq”

Nuşirəvan Məhərrəmli: “Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı məsələyə dekabrın 29-u və ya 30-da baxılacaq”
# 24 dekabr 2008 15:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyalarla bağlı məsələyə dekabrın 29-u və ya 30-u baxacağı gözlənilir. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədrinin sözlərinə görə, dekabrın 25-də keçirilməsi planlaşdırılan iclasın vaxtının gələn həftənin əvvəlinə keçirilməsi xüsusi səbəblə əlaqədar deyil: “Sadəcə Şura üzvlərindən bir neçəsi qrip xəstəliyinə yoluxub. Ona görə də qərara gəldik ki, iclasın vaxtını dəyişək”.

Qeyd edək ki, dekabrın 29-da MTRŞ-da prezidentin bu il noyabrın 4-də teleradio sahəsində təltif etdiyi 30-a qədər televiziya və radio işçisinin mükafatlandırma mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR