Bank Of Baku

Mətbuat Şurası “Üç nöqtə” qəzetinin redaksiyasındakı oğurluqla əlaqədar Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib

Mətbuat Şurası “Üç nöqtə” qəzetinin redaksiyasındakı oğurluqla əlaqədar Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib
# 25 dekabr 2008 11:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurası “Üç nöqtə” qəzetinin redaksiyasından oğurluq edilməsi ilə bağlı Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Şuradan APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, “Üç nöqtə” qəzetinin əməkdaşları bu il dekabrın 10-da işə gələrkən redaksiyanın pəncərələrinin sındırıldığını görüblər. Ofisdən müəyyən texniki avadanlıqların aparıldığı müəyyənləşdirilib. Oğurluq faktı ilə əlaqədar Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə müraciət edilib və müvafiq araşdırmalara başlanılıb.
Müraciətdə indiyədək günahkar(lar)ın tapılmadığı, redaksiyaya məxsus avadanlıqların geri qaytarılmasının təmin olunmadığı vurğulanır. Qeyd olunur ki, bu, “Üç nöqtə”nin fəaliyyətinə təsirsiz ötüşmür.
Müraciətdə həmçinin hər iki dövlət qurumunun səyləri nəticəsində məsələnin tezliklə həllini tapacağına, günahkarlar barədə lazımi ölçü götürüləcəyinə əminlik ifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR